Donald Trampın seçicilər arasında reytinqi aşağı düşüb

Tofig Agayev
Müəllif Tofiq Ağayev
1 dəqiqəlik oxuma

Donald Trampın seçicilər arasında reytinqi düşməkdə davam edir. Son sorğunun nəticələri göstərir ki, seçicilərin yalnız 40 faizə yaxını Trampı dəstəkləyir.

Nəzərə alaq ki, bu, Trampın ikinci prezidentlik dövründə əldə etdiyi ən aşağı göstəricidir.

Bunun da bir sıra səbəbləri var. Təbii ki, ilk növbədə ölkənin iqtisadi durumu bunu diqtə edir.

Belə ki, inflyasiya sürət yığır, qiymətlər durmadan artır. Dizel yanacağının qiymətindəki son artım buna əyani sübutdur. Eyni zamanda büdcə təşkilatlarında çalışan 140 mindən çox işçinin ixtisar edilməsi də narazılığı artıran səbəblər arasındadır.

Təsadüfi deyil ki, inflyasiyanı cilovlamaq üçün bu günlərdə FED faiz dərəcələrini artırdı. Halbuki, sonuncu artım 2023-cü ildə baş vermişdi.

Bir sözlə, Trampın reytinqinin aşağı düşməsinin başlıca səbəbi ölkə iqtisadiyyatındakı arzuolunmaz vəziyyətdir.

Digər səbəb isə İranla müharibədir. Seçicilərin 65 faizi hesab edir ki, İranla müharibə lazımsız bir şeydir.

Bu Məqaləni Paylaşın
Tofig Agayev
MüəllifTofiq Ağayev
Tofiq Ağayev 1997-ci ildən media və kino sahəsində peşəkar fəaliyyət göstərir. Buta Film, Azərbaycan Televiziyası (AzTV) və Miraz TV-də prodüser, müxbir və operator kimi çalışıb. 1997–2006-cı illərdə Buta Film-də prodüser olaraq müxtəlif kino və televiziya layihələrində iştirak edib. 2006-cı ildən etibarən AzTV-də müxbir-operator kimi fəaliyyətə başlayıb və 17 il boyunca bu kanalda çalışıb. 2023-cü ildən Miraz TV-də müxbir kimi fəaliyyətini davam etdirir.