ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya təşəbbüsü

Surkhay Atakishiyev
Müəllif Surxay Atakişiyev
2 dəqiqəlik oxuma

Rəsmi Vaşinqton dünyada yeni düzən formalaşdırmaq istəyir. Bunun üçünsə bütün sahələrdə təşəbbüslərlə çıxış edir.

Amma bu təşəbbüslər bəzən təəccüb doğurur. Çünki bəzi təşəbbüslər anlaşılmır.

Məsələn, ABŞ vətəndaşlarına və şirkətlərinə xüsusi lisenziya olmadan Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) maliyyə vəsaiti, mallar və xidmətlər təqdim etmək qadağası gündəmə gətirilib. Bu təşəbbüs baş tutarsa məhkəmənin İT sistemlərinin işini, bank əməliyyatlarını, sığortanı, eləcə də amerikalı müstəntiqlərin və işçilərin maaş ödənişlərini çətinləşdirəcək.

Nəzərə alaq ki, ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil. Belə olan təqdirdə Tramp Adminstrasiyasının təşəbbüsü bir qədər anlaşılan deyil.

Bəzi ekspertlər hesab edir ki, Amerikanın bu təşəbbüsü təkcə BCM-nin işində təkcə texniki problemlər yaratmır, həm də məhkəmənin ümumi işini sual altına qoyur.

Məsələn, hazırda BCM-də Ukraynada Rusiyanın hərbi cinayətləri araşdırılır. Bu istiqamətdə hətta BCM ukraynalı uşaqların deportasiyası işi üzrə Vladimir Putin və Mariya Lvova-Belova, həmçinin Ukraynanın mülki obyektlərinə edilən hücumlarla əlaqədar Sergey Şoyqu, Valeri Gerasimov, Viktor Kobilaş və Andrey Sokolov barəsində həbs qətimkan tədbiri seçib.

Aparılan araşdırmalarımız nəticəsində bəzi məqamlar ortaya çıxdı.

Belə ki, BCM-dən İsrail rəsmilərinə qarşı order çıxarıb. Bu isə rəsmi Vaşinqtonun narazılığına səbəb olub.

Üstəlik, BCM ABŞ hərbçilərinin Əfqanıstandakı hərəkətləri tədqiq edilir. Bu da Amerikanın siyasi maraqlarına qətiyyən uyğun deyil.

Məhz bu səbəblərdən rəsmi Vaşinqtonun BCM-nə qarşı sanksiyalar irəli sürdüyü fikri daha da güclənir.

Bu Məqaləni Paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.