Prezident Donald Tramp üç amerikalı jurnalisti Ağ Evdən qovub. Qovulan jurnalistlərdən biri məşhur CNN telekanalının əməkdaşıdır.
Trampın media tənqidi
Miraz.TV xəbər verir ki, dövlət başçısı hər üç jurnalistin bir daha Ağ Evdə görünməsini istəməyib.
Tramp mövzu ilə bağlı fikirlərini belə ifadə edib: “Bizə həqiqəti yazan jurnalistlər lazımdır. Çox təəssüf ki, CNN davamlı olaraq yalan və böhtan dolu xəbərlər yayımlayır. Siz də bunu yaxşı bilirsiniz. Hər kəs onların feyk xəbərlərindən məlumatlıdır. Onların yaydıqları məlumatlar hər zaman birtərəfli olur. Onlar müsbət tendensiyaları görmür və bu barədə yazmırlar. Biz dərmanların qiymətini 700 faiz aşağı salmışıq, amma CNN bu barədə susur. Onlar ancaq mənfi enerjiylə yükləniblər”.
Qeyd edək ki, Ağ Evdən qovulan digər jurnalistlər “Vaşinqton Post” və “Nyu-York Tayms” nəşrlərinin əməkdaşlarıdır.