Azərbaycan məhsulları Nyu-York mağazalarında: ABŞ bazarındakı reallıqlar

Surkhay Atakishiyev
Müəllif Surxay Atakişiyev
1 dəqiqəlik oxuma

Amerika səfərimdə çoxlu maraqlı və həyəcanlı anlar yaşadım. Təbii ki, getdiyim hər yerdə Azərbaycanla bağlı nəsə görmək istəyirəm.

Nəhayət, istəyim hasil oldu. Ötən gün Nyu-York şəhərini gəzərkən ticarət mərkəzində Azərbaycan məhsullarına rast gəldim.

Burada əsasən qida məhsullarımız satılır. Məsələn, vitrinlərdə daha çox “Bağdan” şirələrinə, “Azərçay” və “Bizim tarla” məhsullarına rast gəlinir. Təbii ki, bu da hər bir azərbaycanlı kimi məndə qürur hissi doğurdu.

Çox istərdim ki, Azərbaycan məhsullarına Birləşmiş Ştatlarda daha çox rast gəlinə.

Lakin bugünkü reallıq istəklərimdən xeyli uzaqdır. Belə ki, hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində ABŞ-ın payı 3,1 faizdir.

Amma nikbin olmağa əsas var. Belə ki, Azərbaycan-ABŞ ticari əlaqələri ilbəil genişlənir. Məsələn, 2024-cü ildə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 94% artaraq 1,7 milyard ABŞ dolları olub.

Bunun təxminən 1,6 milyard dolları idxalın, 135 milyon dolları isə ixracın payına düşür.

2025-ci ildə də bu yüksək dinamika qorunub.

Əsas odur ki, ABŞ Azərbaycanın əsas xarici ticarət və investisiya tərəfdaşlarından biri olaraq qalır. Belə ki, hazırda 250-dən çox ABŞ şirkəti Azərbaycanda fəaliyyət göstərir.

Bu Məqaləni Paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.