Vaşinqtonun rəmzi: Vaşinqton Abidəsi haqqında nə bilirik?

Surkhay Atakishiyev
Müəllif Surxay Atakişiyev
1 dəqiqəlik oxuma

Amerikaya səfər edib bu ölkənin rəmzlərini ziyarət etməmək olmaz. Burada hər binanın öz hekayəsi var. Bəzi tikililər isə xüsusi rəmz olaraq tanınır. Məsələn, Vaşinqton Abidəsi kimi…

Tarixi və İnşası

Bir zamanlar dünyanın ən hündür abidəsi sayılan bu tikilinin hündürlüyü 169.35 metrdir. Ölkənin qurucusu Corc Vaşinqtonun xatirəsinə ucaldılan abidə, Misir obelisklərinə bənzər şəkildə memar Robert Mills tərəfindən 1840-cı illərdə layihələndirilib.

Tikintisinə 1844-cü ildə başlanılsa da, işlər altı il sonra dayandırılıb. Uzun fasilədən sonra inşası 1885-ci ildə başa çatıb və rəsmi açılışı 9 oktyabr 1888-ci ildə baş tutub.

Dünyanın ən hündür tikilisi

Mərmərdən hazırlanmış bu obelisk tamamlandığı zaman dünyanın ən yüksək tikilisi idi. O, bu titulunu Köln kafedralından alıb və 1889-cu ildə Eyfel qülləsi tikilənə qədər qoruyub saxlayıb.

Osmanlı izi

Abidənin inşası zamanı dünyanın müxtəlif yerlərindən göndərilən 193 xatirə daşı daxili divarlara yerləşdirilib. Bunların arasında 1854-cü ildə ABŞ və Osmanlı dövlətlərinin dostluq rəmzi olaraq qoyulmuş, Osmanlı dilində kitabə də var. Kitabədə Zivər Əfəndinin bir beyti yazılıb.

Qeyd edək ki, bu gün də Vaşinqtonda abidədən hündür bina yoxdur.

Bu Məqaləni Paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.