ABŞ vitse-prezidenti Ceyms Vens sensasion bir müraciətlə çıxış edib. O, seçicilərdən Konqresdə Respublikaçılara növbəti şansı vermələrini istəyib.
Miraz.TV xəbər verir ki, vitse-prezident müraciətində ötən müddət ərzində hökumətin bəzi yanlış addımlar atdığını da etiraf edib.
Vensin islahat çağırışı
Vens iş yerlərində müəyyən islahatlar apardıqlarını bildirib: “Və müəyyən uğurlar qazandıq. Bu uğurları inkişaf etdirmək və son nəticəyə çatmağımız üçün bizə daha bir neçə il lazımdır. Əgər siz növbəti dəfə bizə şans versəniz, biz çox böyük uğurlara imza atarıq”.
Trampın “Qızıl əsr” vədi
Vensin etiraflarına rəğmən, Donald Tramp daha nikbin və ötkəm tonla çıxış edir. O, hazırda ştatlara səfərlər edir və seçicilərlə görüşlər keçirir. Şimali Karolinadakı çıxışında Tramp ABŞ-ın özünün qızıl əsrini yaşadığını bəyan edib:
“Demokratlar Amerikaya çox böyük problemlər qoyub getdi. Biz həmin problemləri həll etməklə yanaşı, yeni bir inkişaf trayektoriyası cızırıq. Tezliklə İranla müharibə başa çatacaq. Bundan sonra isə diqqət ancaq ölkənin iqtisadi inkişafına yönələcək”.