Los-Ancelsdə evsizlər üçün ayrılan 118 milyon dollar mənimsənilib

Surkhay Atakishiyev
Müəllif Surxay Atakişiyev
1 dəqiqəlik oxuma

Los-Ancelsdə evsizlər üçün toplanan külli miqdarda vəsait oğurlanıb.

Miraz.TV xəbər verir ki, Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşları bununla bağlı iki şübhəlini saxlayıb.

İstintaqın təfərrüatları

Şübhəlilərdən biri rüşvət müqabilində müxtəlif insanların yardım almasına kömək edib. Bunun üçün hətta dünyasını dəyişmiş şəxslərin adlarından da istifadə olunub.

İkinci şübhəli isə müxtəlif yollarla dövlətin evsizlər üçün ayırdığı 118 milyon dolları mənimsəyib. Maraqlıdır ki, bu qədər vəsaiti həmin şəxs gecə klublarında və əyləncələrə xərcləyib.

Bu Məqaləni Paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.