Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Kreml Putin və Trampın telefon danışığı barədə rəsmi bəyanat yayaraq müzakirə edilən əsas məsələləri açıqlayıb.
Neft tədarükü və qlobal iqtisadiyyat
Bəyanatda Rusiyanın ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğu təsdiqlənib. Qeyd olunub ki, Rusiya neftinin ABŞ bazarına çıxması dünya iqtisadiyyatına müsbət təsir göstərəcək.
Ukrayna böhranı, İran və ikitərəfli münasibətlər
Danışıqlar zamanı Ukrayna böhranının nizamlanması perspektivlərinə xüsusi diqqət yetirilib. Liderlər həmçinin İran ətrafındakı vəziyyəti və ikitərəfli münasibətlərin müxtəlif aspektlərini müzakirə ediblər.
Putin və Tramp şəxsi təmasları, eləcə də administrasiyaları, xüsusi xidmət orqanları və digər qurumlar arasında əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.