ABŞ-İran qarşıdurması hər iki tərəfə ciddi təsir göstərib. Bu günə qədər rəsmi rəqəmlər tam açıqlanmasa da, itkilərin və hərbi xərclərin kifayət qədər böyük olduğu ehtimal edilir.
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin ölkənin bəzi sursat növləri üzrə ehtiyatlarının azalmasına səbəb olduğunu etiraf edib. Miraz.TV xəbər verir ki, Tramp bu barədə “Time” jurnalına verdiyi müsahibəsində danışıb.
Arsenalların bərpası üçün yeni müqavilələr
“Bəzi sursat növlərinin sayı hazırda digərləri ilə müqayisədə bir qədər azdır”, – deyə ABŞ lideri bildirib.
Tramp əlavə edib ki, ABŞ arsenallarının yenidən doldurulması və hərbi istehsalın genişləndirilməsi məqsədilə “Raytheon” və “Lockheed Martin” də daxil olmaqla aparıcı müdafiə şirkətləri ilə razılaşmalar əldə olunub.
ABŞ prezidenti həmçinin vurğulayıb ki, İranla “məqbul saziş” əldə olunmasa, Vaşinqton aralıq seçkilərindən sonra İrana qarşı zərbələri bərpa edə bilər.