ABŞ Konqresi Rusiyaya qarşı ən sərt sanksiyaları qəbul edib. Yaxın günlərdə Prezident Donald Trampın bu qanunu təsdiq edəcəyi gözlənilir.
Miraz.TV xəbər verir ki, yeni qanuna görə, bütün dövlətlər Rusiyadan göndərilən mallardan tamamilə imtina etməlidir.
Sanksiyaların əsas detalları
Yeni qanunda Rusiya Prezidentinə, baş nazirinə və Mərkəzi Banka birbaşa sanksiyalar nəzərdə tutulur. Bundan əlavə, Rusiyadan böyük həcmdə neft alan ölkələrə də sanksiyaların tətbiqi qanunda öz əksini tapıb.
Sanksiya tətbiq ediləcək ölkələrin önündə Çin və Hindistan gəlir. Bu ölkələrə tətbiq ediləcək sanksiyaların əhatə dairəsini Prezident Donald Tramp müəyyən edəcək.
Mayk Conson: Sanksiyalar Putini hədəf alır
Yeni qanunun prezident tərəfindən təsdiq ediləcəyinə inam böyükdür. Palatanın sədri Mayk Conson bəyan edib ki, bu sanksiyalar birbaşa Putinə təzyiq məqsədi daşıyır:
“Bəlkə bundan sonra Rusiya Ukraynaya qarşı müharibəni dayandırdı. Nəzərə alaq ki, o, uzun illərdir Ukraynaya təcavüzü birbaşa təşkil edir. Təəssüf ki, Rusiyadan ucuz neft alan ölkələr də Rusiyanın bu təcavüzünə göz yumur.
Ona görə də bizim Administrasiya bütün zəruri addımları atır ki, Rusiyanın təcavüzü dayansın”.