2027-ci il üçün nəzərdə tutulan Green Card lotereyasının nəticələrinin elan edilməsi ilə bağlı gözləntilər davam edir, lakin prosesdə ciddi gecikmələr müşahidə olunur.
Green Card 2027 nəticələri niyə gecikir?
Ötən həftə Kaliforniyanın federal məhkəməsi bu gecikmə ilə bağlı Dövlət Departamentinə etirazını bildirib. Məhkəmənin etiraz məktubunda qeyd olunur ki, lotereya nəticələri heç bir əlavə gecikmə olmadan dərhal elan edilməlidir.
Məhkəmə və Dövlət Departamenti arasında gərginlik
Məsələ ilə bağlı federal məhkəmə yerli hüquq şirkətinə də müraciət edib. Hüquq şirkətindən verilən məlumata görə, Tramp administrasiyasının prosesi daha da uzatması halında, 2027-ci il üzrə lotereya qaliblərinin viza imkanlarını itirmək riski yarana bilər.
Nəticələr nə vaxt elan olunacaq?
Qeyd edək ki, Green Card lotereyasının nəticələri ənənəvi olaraq payız aylarında elan olunur. Lakin cari il üçün nəticələrin açıqlanacağı tarix barədə hələ ki, rəsmi bir məlumat yayılmayıb.
Bununla belə, prosesin tamamlanacağı və nəticələrin elan olunacağı ilə bağlı ümidlər qalmaqdadır.