İqtisadiyyat

Rusiya ABŞ-a 40 min tonluq dizel tankeri göndərir

Rusiya Baş nazirinin müavini Aleksandr Novak ABŞ-a 40 min tonluq dizel tankerinin göndəriləcəyini açıqlayıb. Ekspertlər isə bu həcmin simvolik olduğunu və cəmi iki saatlıq Amerika tələbatını ödədiyini vurğulayırlar.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak 40 min tonluq ilk dizel tankeri daşıyan gəminin oktyabrın 22-də ABŞ-a yola düşəcəyini açıqlayıb. Rusiya şirkətinin amerikalı tərəfdaşlarla müqavilə imzalamaq mərhələsində olduğu, həmçinin təcili olaraq 300 min ton, noyabrda 500 min ton və sonrakı mərhələdə 1 milyon ton dizel yanacağı verməyə hazırlaşdığı bildirilir.

Rusiya tərəfi iki ölkə rəhbərinin razılaşması çərçivəsində ABŞ-ın yanacaq ehtiyaclarını imkan daxilində qarşılayacağını bəyan edib.

Tədarük həcminin real göstəriciləri

Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasyuk göndəriləcək bu həcmin bazarda simvolik xarakter daşıdığını vurğulayıb:

“40 min ton dizel təxminən 300 min barelə bərabərdir. ABŞ gün ərzində təxminən 4 milyon barel dizel yanacağı istehlak edir. Yəni bu tanker ABŞ-ın cəmi 2 saatlıq tələbatını ödəyir. ABŞ özü gündəlik 1,5 milyon barel dizel ixrac edir. Yəni gələn tanker ABŞ-ın 4,5 saatlıq ixracına bərabərdir”.

Logistika və bazar müqayisəsi

Yanacağın Ust-Luqa limanından ABŞ terminallarına çatdırılmasının 2,5–3 həftə çəkəcəyi bildirilir. Vlasyuk əlavə edib ki, tanker mənzil başına çatanadək ABŞ gətirilən bu həcmdən 100 dəfə çox – yəni 4 milyon ton öz dizel yanacağını xaricə satmış olacaq.

Bu məqaləni paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.