Tramp Fort-Xud qətliamını törədən Nidal Həsənin edamını təsdiqlədi

Surkhay Atakishiyev
Müəllif Surxay Atakişiyev
1 dəqiqəlik oxuma

ABŞ Prezidenti Donald Tramp Teksas ştatındakı “Fort-Xud” hərbi bazasında qanlı qırğın törədən keçmiş zabit və hərbi həkim-psixiatr Nidal Həsən barəsində 2013-cü ildə çıxarılmış ölüm hökmünü təsdiqləyib.

Güllələnmə yolu ilə edam təklifi

Miraz.TV “Agence France-Presse” (AFP) agentliyinə istinadən xəbər verir ki, Nidal Həsənin güllələnmə yolu ilə edam edilməsi təklifini ABŞ-nin müdafiə naziri Pit Heqset irəli sürüb və dövlət başçısı bu tövsiyəni dəstəkləyib.

Edamın dəqiq vaxtı və yeri Pensilvaniya və ya Müdafiə Nazirliyi (Pentaqon) rəhbərliyi tərəfindən müəyyən ediləcək.

ABŞ hərbi tarixində nadir presedent

ABŞ qanunvericiliyinə əsasən, hərbçilər barəsində çıxarılan hər bir ölüm hökmü mütləq ölkə prezidenti tərəfindən təsdiqlənməlidir. Əgər qərar icra olunarsa, bu, 1961-ci ildən bəri ABŞ hərbçisinin ilk edamı, həmçinin 1945-ci ildən bəri bir hərbçinin güllələnməsi ilə bağlı ilk hal olacaq.

Fort-Xud hərbi bazasındakı qətliam

Fələstin mənşəli ABŞ vətəndaşı, mayor Nidal Həsən 5 noyabr 2009-cu ildə “Təkbir” gətirərək tibbi müayinədən keçmək üçün toplaşan silahsız xidmət yoldaşlarına atəş açıb və 13 nəfəri qətlə yetirib. Polisin cavab atəşi nəticəsində iflic olan Həsən törətdiyi əməli Əfqanıstandakı müsəlmanları amerikalı əsgərlərdən qorumaq istəyi ilə izah etmişdi.

2013-cü ildə hərbi tribunal cinayətin “Əl-Qaidə” terror şəbəkəsinin ideologiyasından təsirlənərək törədildiyini sübuta yetirib və sabiq zabit barəsində yekdilliklə ölüm hökmü çıxarıb.

Bu Məqaləni Paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.