Donald Tramp ‘The New York Times’ı tənqid edərək həbs tələb etdi

Surkhay Atakishiyev
Müəllif Surxay Atakişiyev
1 dəqiqəlik oxuma

ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetini “vicdansız” adlandıraraq, bu nəşrin və digər KİV-lərin ölkəyə zərər vurduqları üçün həbs edilməli olduğunu bəyan edib.

Miraz.TV xəbər verir ki, Tramp bu barədə qəzetin Ohayo ştatında keçirilən mitinqdə onun çıxışı ilə bağlı yaydığı məlumata münasibət bildirərkən danışıb.

Ohayo mitinqi və iştirakçı sayı ilə bağlı mübahisə

“The New York Times” tədbir zamanı arenada boş yerlərin qaldığını iddia edib. Donald Tramp isə arenanın tam dolu olduğunu və içəri daxil olmaq istəyən minlərlə şəxsin geri qaytarıldığını vurğulayıb.

“Ohayodakı arena ağzına qədər dolmuşdu, buna baxmayaraq insanlar içəri girməyə çalışırdılar. The New York Times ‘orada boş yerlər var idi’ deyib. Halbuki belə deyildi və minlərlə insanın içəri daxil olmasına icazə verilmədi”, – deyə Tramp sosial media hesabında yazıb.

Media qurumlarına qarşı sərt ittihamlar

ABŞ prezidenti qəzetin və digər media qurumlarının “vicdansızlıqlarına və ölkəyə vurduqları ziyana görə həbs edilməli olduğunu” bildirib.

Tramp, həmçinin senator Berni Sandersin tədbirlərinə 500-1000 nəfərin qatılmasının mətbuat tərəfindən böyük hadisə kimi təqdim edildiyini, öz tədbirlərinə isə 50 min insanın toplaşmasına baxmayaraq bunun qərəzli şəkildə işıqlandırıldığını iddia edib.

Bu Məqaləni Paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.