Tennessidə son 200 ildə ilk dəfə qadın məhkum edam edilə bilər

Surkhay Atakishiyev
Müəllif Surxay Atakişiyev
1 dəqiqəlik oxuma

ABŞ-ın Tennessi ştatında ölüm cəzasına məhkum edilmiş qadının edam olunması planlaşdırılır. ABŞ Ali Məhkəməsi qərarın icrasını dayandırmazsa, o, son 200 ildə Tennessi ştatında edam edilən ilk qadın kimi tarixə düşəcək.

Ştat tarixində nadir edam qərarı

Söhbət 1995-ci ildə sinif yoldaşını qətlə yetirməkdə təqsirli bilinən 50 yaşlı Krista Paykdan gedir. Onun ölüm hökmünün sentyabrın 30-da icra olunması nəzərdə tutulub.

Miraz.TV xəbər verir ki, qərar icra olunarsa, Krista Payk son iki əsrdə Tennessidə edam edilən ilk qadın məhkum olacaq.

1995-ci ildə törədilən rezonanslı cinayət

Cinayət 1995-ci ildə, Paykın 18 yaşı olarkən törədilib. O, həmin vaxt 17 yaşı olan sevgilisi ilə birlikdə 19 yaşlı Kollin Slemmeri qətlə yetirib. Hadisə cinayətin amansızlığı, iştirakçıların gənc yaşı və qurbanın bədəninə okkultik simvolun həkk olunması səbəbindən geniş ictimai rezonans doğurmuşdu.

1996-cı ildə məhkəmə Paykı xüsusi amansızlıqla törədilmiş qətldə günahkar bilərək ölüm hökmünə məkum edib. Bu qərarla o, müasir ABŞ tarixində ölüm cəzası alan ən gənc qadın olub.

ABŞ-da qadınların edam statistikası

Birləşmiş Ştatlarda qadın məhkumlar üçün ölüm hökmünün icrası nadir hallarda baş verir. 2021-ci ildə federal hökumət tərəfindən Liza Montqomerinin edam edilməsi son 70 ildə ilk belə hal kimi qeydə alınıb.

Bu Məqaləni Paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.