Güclü fırtına Nyu-Yorkda fəsadlar yaratdı və fövqəladə vəziyyətə səbəb oldu

Surkhay Atakishiyev
Müəllif Surxay Atakişiyev
1 dəqiqəlik oxuma

Son günlər ABŞ-də havalar kəskin dəyişib. Hətta bəzi ərazilərdə fırtına qeydə alınıb. Güclü fırtına ABŞ-ın Nyu-York şəhərini və ölkənin şərq sahillərinin digər ərazilərini vurub. Güclü yağış və külək genişmiqyaslı daşqınlara səbəb olub.

Nyu-Yorkda fırtınanın fəsadları

Nyu-Yorkun Bruklin rayonunda ağacın aşması nəticəsində 56 yaşlı kişi həyatını itirib. Fırtına nəticəsində 100 mindən çox ev və müəssisə elektrik enerjisiz qalıb.

Nyu-York ştatının qubernatoru Keti Xoçul Nyu-York, Vestçester dairəsi və Lonq-Aylenddə fövqəladə vəziyyət elan edib.

Mütəxəssislər güclü külək və yağış səbəbindən yeni ağac aşmaları və elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərdarlıq ediblər.

Nyu-Yorkda güclü fırtınanın fəsadları
ABŞ-da fırtına və daşqınlar
Nyu-Yorkda fövqəladə vəziyyət
Bu Məqaləni Paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.