Stiv Uitkoff İranla məsləhətləşmələri uğurlu adlandırdı

Miraz.TV
Müəllif Miraz.TV
1 dəqiqəlik oxuma

ABŞ-İran münasibətlərində nisbi sakitlikdir. Ən azından silahlar danışmır.

Müsbət hal odur ki, son günlər iki ölkə arasında təmaslar artıb.

Məsələn, ötən gün belə bir təmas olub. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində İran nümayəndələri ilə keçirilən məsləhətləşmələri uğurlu adlandırıb.

Miraz.Tv xəbər verir ki, ABŞ nümayəndəsi bu barədə “X” sosial şəbəkəsində yazıb.

“BMT Baş Assambleyası çərçivəsində İran nümayəndə heyəti ilə gün ərzində işləyən vasitəçilərin köməyi ilə uzunmüddətli danışıqlarda iştirak etdik”, – o qeyd edib.

ABŞ Prezidentinin xüsusi elçisinin sözlərinə görə, danışıqlar mərhələsi uğurla başa çatıb. Uitkoff gələcək əlaqələrin konstruktiv və perspektivli olacağına ümid etdiyini bildirib və vasitəçilərin işlərini davam etdirəcəklərini vurğulayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla münaqişəyə son qoymaq üçün razılığa gəlmək üçün ilkin şərtlərin mövcud olduğunu bildirib. O, həmçinin Uitkoff və kürəkəni Cared Kuşnerin İran vasitəçiləri ilə olduqca məhsuldar görüş keçirdiyini və görüşdə çoxlu sayda yaxşı ideyanın təqdim olunduğunu bildirib.

Bu Məqaləni Paylaşın