ABŞ prezidenti Donald Tramp İrana ara seçkilərə qədər hücum etməyəcəyini bildirib: onun sözlərinə görə, İran “kritik vəziyyətdə” qaldığı və Hörmüz boğazından neft axını davam etdiyi müddətcə Vaşinqton noyabr ayında keçiriləcək seçkilərə qədər hərbi əməliyyata başlamayacaq.
Miraz.TV xarici mediaya istinadla xəbər verir ki, Tramp bunu özünün Truth sosial şəbəkəsində açıqlayıb.
Tramp: Vaşinqton Tehranla “məhsuldar dialoq” aparır
Amerika liderinin sözlərinə görə, Vaşinqton Tehranla “məhsuldar dialoq” aparır.
ABŞ prezidenti dünən gecə boğazdan 22 milyon barel neft daşındığını və onun bir barelinin də İrana daxil olmadığını bildirib.
Pentaqon İranda əməliyyatların bərpasına hazırlığı tamamlamağı tapşırıb
“Axios” xəbər verir ki, bir neçə gün əvvəl Pentaqon ABŞ ordusuna İranda hərbi əməliyyatların bərpası üçün hazırlıqları başa çatdırmağı tapşırıb.
Nəşrin ABŞ və İsraildəki mənbələri hücumların 3 noyabrda keçiriləcək ABŞ ara seçkilərindən və ya hətta 27 oktyabrda keçiriləcək İsrail seçkilərindən əvvəl yenidən başlaya biləcəyini bildirirlər. Onlar həmçinin qeyd ediblər ki, Tramp hələlik yekun qərar verməyib.