Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”
Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” tətbiq olunacaq. ABŞ Prezidenti Donald Tramp bununla bağlı müvafiq qanun layihəsini imzalayıb.
Miraz.TV xəbər verir ki, sənəd ABŞ prezidentinə Rusiya enerji məhsullarının əsas alıcılarına 100 faizə qədər, Rusiyadan edilən idxala isə 500 faizə qədər rüsum tətbiq etmək səlahiyyəti verir. Sənəd, həmçinin İranın ticarət tərəfdaşlarına da rüsum tətbiqinə şərait yaradır.
Sanksiyalardan imtina mexanizmi
Qanunun qəbulu sanksiyaların məcburi tətbiqinə zəmanət vermir. Prezident yazılı əsaslandırma təqdim etməklə sanksiyalardan imtina edə bilər və bunun üçün Konqresin təsdiqinə ehtiyac yoxdur. Başqa sözlə, Tramp sanksiyaların tətbiq edilib-edilməməsinə faktiki olaraq özü qərar verə biləcək. Yalnız imtina edəcəyi təqdirdə, qərarının səbəbini Konqresə izah etməli olacaq.
Sənədi imzaladıqdan sonra Trampın sanksiyalar tətbiq etmək və ya güzəşt almaq üçün 30 günü var. Bu müddət təxminən oktyabrın 18-dəkdir.