FED inflyasiyanı cilovlamaq üçün faiz dərəcəsini artırdı

Surkhay Atakishiyev
Müəllif Surxay Atakişiyev
1 dəqiqəlik oxuma

FED inflyasiyanı cilovlamaq üçün faiz dərəcəsini artırıb.

Miraz.TV xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (Fed) faiz dərəcəsini 0,25 faiz bəndi artırıb və bu ilin sonuna qədər daha bir faiz artımının mümkünlüyünə işarə edib.

FED-in inflyasiya ilə mübarizəsi

Bu addımlar inflyasiyanı cilovlamağa yönəlib və FED sədri Kevin Warsh ilə ABŞ Prezidenti Donald Tramp arasındakı münasibətlər baxımından da diqqət çəkir.

FED rəsmiləri çərşənbə günü qəbul edilən qərardan sonra yayımlanan açıqlamada bildiriblər: “Bugünkü pul siyasəti qərarı inflyasiyanın Komitənin 2 faizlik hədəfinə daha vaxtında qayıtmasına dəstək verəcək”.

Bu, ABŞ Mərkəzi Bankının 2023-cü ilin iyulundan bəri ilk faiz artımıdır.

Qərar manatın məzənnəsinə təsir edəcəkmi?

Mövzu ilə bağlı Miraz.TV-yə danışan Azərbaycan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, uçot dərəcəsinin 0,25 faiz bəndə artırılması ilk növbədə dollara əlavə dəyər qazandıracaq:

“Və Birləşmiş Ştatlarda infilyasiyanın sürəti bir qədər səngiyəcək. Amma bu qərar manatın məzənnəsinə təsirsiz qalacaq. Çünki Azərbaycanda üzən məzənnə yoxdur. Manatın dollara qarşı məzənnəsi inzibati yolla, Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən edilir. Ona görə də manatın məzənnəsi daha çox AMB-nin qərarlarından asılıdır. Və artıq 10 ildir ki, 1 dollar 1.70 manatdır”.

Bu Məqaləni Paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.