Tom Kruzun baş rolda olduğu “Digger” filmi ilk həftəsonunda dünya üzrə cəmi 20 milyon dollar gəlir əldə edib. Bu nəticə Hollivud ulduzunun karyerasındakı ən zəif debütlərdən biri kimi qiymətləndirilir.
Alejandro Qonzales İnyarritunun rejissoru olduğu “Warner Bros.” istehsalı olan ekran əsəri Şimali Amerikada 8 milyon, beynəlxalq bazarlarda isə 12 milyon dollar toplayıb.

Böyük büdcə və tənqidi rəylər
Filmin istehsalına ən azı 125 milyon dollar, marketinq və təbliğat kampaniyasına isə əlavə olaraq təxminən 100 milyon dollar xərcləndiyi bildirilir.
“Digger” filminin zəif startı kinotənqidçilər və tamaşaçılar tərəfindən qarışıq və mənfi rəylər alması fonunda baş verib.
