Hamiləlikdə qidalanma və kimyəvi maddələrin körpəyə təsiri

Aybeniz
Müəllif Aybəniz
1 dəqiqəlik oxuma

Hamiləlik dönəmində hər bir ana qidalanmasına xüsusi diqqət yetirməlidir. Əks təqdirdə xoşagəlməz hallar qaçılmazdır.

Təsadüfi deyil ki, gündəlik həyatda istifadə etdiyimiz bəzi kimyəvi maddələr hamiləlik zamanı körpənin inkişafına təsir göstərə bilər.

Miraz.TV xəbər verir ki, ABŞ-də aparılan araşdırmada hamiləlik dövründə aromatik aminlərə və nikotin təsirinə daha çox məruz qalan qadınların körpələrində vizual diqqətlə bağlı fərqli göstəricilər müşahidə olunub.

Araşdırmanın detalları və nəticələr

Araşdırmaya 250 ana-körpə cütü daxil edilib. Körpələr təxminən 7,5 aylıq olduqda onların göz hərəkətləri xüsusi texnologiya ilə izlənilib.

Məlum olub ki, bəzi kimyəvi maddələrə daha çox məruz qalan anaların körpələri görüntülərə daha gec uyğunlaşıb. Alimlər bunun erkən yaşlarda vizual diqqətlə bağlı fərqliliyə işarə edə biləcəyini bildirirlər.

Araşdırmada plastik, boya, rezin məhsulları, bəzi pestisidlər, siqaret və dizel tüstüsü kimi mənbələrə diqqət çəkilib.

Tədqiqatçılar isə vurğulayırlar ki, nəticələr hələ birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir və bu istiqamətdə əlavə araşdırmalara ehtiyac var.

Bu Məqaləni Paylaşın
Aybeniz
MüəllifAybəniz
Aybəniz Miraz TV-nin Bakı nümayəndəsi və yaradıcı əməkdaşıdır. Peşəkar yanaşması, güclü ünsiyyət bacarığı və yaradıcı baxışı ilə seçilir. Media sahəsində dinamik və məsuliyyətli fəaliyyəti onu Miraz TV komandasının dəyərli üzvlərindən birinə çevirir.