Xəbər verdiyimiz kimi, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası öz işini davam etdirir. Sessiyanın işinə 150-dən artıq ölkənin rəsmiləri qatılıb.
Tədbir çərçivəsində ən çox maraq doğuran məsələlərdən biri də Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ Prezidenti Donald Trampla görüşüdür. Artıq bu görüş baş tutub. Ağ Evdə keçirilən görüşdə qlobal məsələlər müzakirə olunub.
Görüşdən sonra isə maraqlı anlar yaşanıb. Belə ki, Çin lideri ölkəsinin Birləşmiş Ştatlara iki panda təhvil verəcəyini bildirib.
Panda dostluq rəmzi kimi
“Nəhəng panda Çin və Amerika xalqları arasında dostluq rəmzi rolunu oynayır. Sizə yaxşı bir xəbərim var: cəmi bir neçə gündən sonra iki panda – Pin Pin və Fu Şuan Atlanta zooparkındakı yeni evlərinə gələcək və amerikalılarla görüşəcəklər”, — deyə Çin Sədri qeyd edib.
Görüş zamanı Si Cinpin həmçinin vurğulayıb ki, ÇXR və ABŞ dialoqu qorumalı, böhranlı kommunikasiya mexanizmlərini təkmilləşdirməli və qarşıdurmadan qaçmalıdırlar.