Rusiya Ukrayna müharibəsində ötən ay neçə hərbçi itirib?

Surkhay Atakishiyev
Müəllif Surxay Atakişiyev
1 dəqiqəlik oxuma

Rusiya-Ukrayna müharibəsi artıq 4 il 7 aydır ki, davam edir. Bu müddətdə on minlərlə insan həlak olub, onlarla şəhər və yüzlərlə qəsəbə xarabazarlığa çevrilib.

Müharibə bitmədiyi üçün itkilər və zərər barədə tam və dəqiq rəqəm söyləmək çətindir. Bununla belə, müxtəlif mənbələrdən tez-tez müəyyən rəqəmlər səslənir.

Məsələn, ABŞ lideri Donald Tramp jurnalistlərə bildirib ki, ötən ay Rusiya Ukraynaya qarşı müharibəsində 25 000, ondan əvvəlki ayda isə daha 32 000 nəfər itirib.

“Onların 97%-i hərbçilərdir. Lakin hərbçi və ya mülki şəxs olmalarından asılı olmayaraq, sadəcə təsəvvür edin: 32 000. İki ay əvvəl 33 000 nəfər, bu ay isə 25 000 nəfər həlak olub. Necə də dəhşətli faciədir”, – deyə ABŞ Prezidenti sözlərinə davam edib.

Tramp həmçinin müharibəyə mümkün qədər tez son qoyulmasının vacibliyini vurğulayıb.

“Mən Zelenski ilə çox danışmışam; o, güzəştlərə gedir, Putin də həmçinin. Və bir gün ümid edirəm ki, yaxın gələcəkdə, bəlkə də sərt qış düşməzdən əvvəl onlar razılığa gələcəklər”, – deyə Amerika lideri bildirib.

Bu Məqaləni Paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.