Dünya

Rubio: Ukraynanın Starshield hərbi rabitə sisteminə çıxışı yoxdur

ABŞ rəsmisi Marko Rubio Ukraynanın hərbi təyinatlı “Starshield” peyk rabitə sisteminə hazırda çıxışının olmadığını bildirib.

Ukraynanın hazırda ABŞ-nin hərbi təyinatlı “Starshield” peyk rabitə sisteminə çıxışı yoxdur.

Miraz.TV xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi, Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio oktyabrın 17-də Özbəkistana səfəri öncəsi jurnalistlərə açıqlamasında bildirib.

Starlink və Starshield arasındakı fərq

Onun sözlərinə görə, “Starlink” kommersiya məhsulu olduğu halda, “Starshield” ABŞ Silahlı Qüvvələrinin istifadə etdiyi hərbi təyinatlı sistemdir.

Kiyevin müraciəti və aparılan müzakirələr

“Hazırda Ukraynanın bu sistemə çıxışı yoxdur. Məsələ müzakirə edilir. Biz onların bu sistemdən necə istifadə etmək istədiklərini müzakirə edirik”, – Rubio vurğulayıb.

ABŞ dövlət katibi qeyd edib ki, Ukrayna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək məqsədilə “Starshield” sisteminə çıxış istəyib.

Bununla belə, Rubio hazırda Kiyevin sözügedən sistemdən istifadə imkanının olmadığını bir daha təsdiqləyib.

Bu məqaləni paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.