Dünya

Marko Rubio Avropanı oyanmağa və keçmiş gücünü bərpa etməyə çağırdı

ABŞ dövlət katibi Marko Rubio Avropanı yuxudan oyanmağa və qitənin keçmiş gücünü bərpa etməyə çağırıb.

ABŞ dövlət katibi Marko Rubio Avropanı “yuxudan oyanmağa” və qitənin keçmişdəki gücünü yenidən bərpa etməyə çağırıb.

Miraz.TV xəbər verir ki, Rubio bildirib ki, Avropanın minilliklər əvvəl burada yandırılmış “alovu” yenidən alovlandıracağına inanırlar.

Nəsillərin dəyişməsinin başlanğıcı

“Biz ümid edirik ki, bu, nəsillərin dəyişməsinin başlanğıcı olacaq. Artıq bütün qitədə bunun ilk əlamətlərini görürük”, – deyə o qeyd edib.

Vaşinqtonla Avropa arasında fikir ayrılıqları

ABŞ dövlət katibi Vaşinqtonla Avropa arasında fikir ayrılıqları və emosiyaların zaman-zaman münasibətlərdə gərginlik yaratdığını da vurğulayıb. Onun sözlərinə görə, bu amillərin ABŞ ilə Avropa arasındakı əlaqələri dağıtmasına yol vermək olmaz.

Bu məqaləni paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.