Fransanın paytaxtı Parisin ən qədim bazarı sayılan “Le Marché Couvert des Enfants Rouges” baş verən yanğın nəticəsində külə dönüb. 400 ildən artıq tarixə malik bazarın yanması barədə Fransanın “L’Indépendant” nəşri məlumat yayıb.
Hadisənin təfərrüatları
Məlumata görə, yanğın oktyabrın 12-nə keçən gecə Fransa paytaxtının 3-cü dairəsində baş verib. Hadisə nəticəsində xəsarət alan və ya həlak olanların olmadığı bildirilir.
Tarixi bazarın yanmasının dəqiq səbəbi hələlik məlum deyil.