İspaniyada mənzil böhranına qarşı etirazlar: Valensiyada 9 polis xəsarət alıb

Surkhay Atakishiyev
Müəllif Surxay Atakişiyev
1 dəqiqəlik oxuma

İspaniyanın bir sıra böyük şəhərlərində dərinləşən mənzil böhranı səbəbindən genişmiqyaslı etiraz aksiyaları keçirilib. Valensiya şəhərində baş verən toqquşmalarda Milli Polisin 9 əməkdaşı xəsarət alıb.

Madriddə on minlərlə insan küçələrə çıxdı

İspaniya mediasının yaydığı məlumata görə, paytaxt Madriddə təşkil olunan aksiyaya təxminən 70 min insan qoşulub. Nümayişçilər artan kirayə və daşınmaz əmlak qiymətlərinə etiraz edərək Madrid meriyasının yerləşdiyi mərkəzi meydana doğru yürüş ediblər.

Valensiyada toqquşmalar və xəsarət alanlar

Valensiyada dörd ictimai qrup tərəfindən təşkil edilən yürüş səhər saatlarında Porta-de-la-Mar qapılarından başlayıb. Etirazçılar daşınmaz əmlak, investisiya və sahibkarlıq sektorunun mütəxəssislərinin iştirakı ilə keçirilən “Valensiya daşınmaz əmlak sammiti 2026” tədbirinin təşkil olunduğu İncəsənət Sarayına doğru irəliləyiblər.

Yürüşün sonunda aksiya iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb. Asayiş keşikçiləri kütləni dağıtmaq üçün güc tətbiq etmək məcburiyyətində qalıb. Baş verən toqquşmalar nəticəsində İspaniya Milli Polisinin 9 əməkdaşı xəsarət alıb.

Bu Məqaləni Paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.