ABŞ hakimiyyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələrində İran nümayəndə heyətinin tərkibində iştirak edən iki iranlı diplomatı ölkədən çıxarıb.
Miraz.TV xəbər verir ki, bu barədə ABŞ-ın “Axios” portalı məlumat yayıb.
Nyu-Yorkda qalan heyət üzvləri ölkədən göndərilib
ABŞ rəsmilərindən biri portalın mənbəsinə açıqlamasında bildirib: “İran nümayəndə heyətinin daha iki üzvü Baş Assambleyanın ümumi siyasi müzakirələrinin başa çatmasından xeyli müddət sonra Nyu-Yorkda aşkar edilib. Onlar artıq ölkədən çıxarılıblar”.
Yayımlanan materialda qeyd olunur ki, diplomatlar şənbə günü ABŞ ərazisini tərk ediblər. ABŞ Dövlət Departamenti isə hələlik TASS agentliyinin bu məlumatı təsdiqləmək xahişinə rəsmi cavab verməyib.
Portalın qiymətləndirməsinə görə, mövcud vəziyyət münaqişənin nizamlanması istiqamətində diplomatik səylərin nəticəsiz qaldığını və hərbi əməliyyatların davam etməsi ehtimalının artdığını göstərir.