Çin sədri Si Cinpinin ABŞ-a səfəri geniş müzakirələrə yol açıb. Ağ Evdə keçirilən yüksəksəviyyəli görüşlər və aparılan müzakirələr heç də birmənalı qarşılanmayıb. Eyni zamanda bəzi ekspertlər indiki zamanda rəqib ölkə liderinin Amerikaya səfərinə müsbət yanaşmayıblar. Hətta Çin liderinin Amerika səfərinə etiraz edənlər küçələrdə yürüş keçiriblər.
Tramp və Si Cinpin görüşü necə qiymətləndirilib?
Amma bütün bunların əksinə olaraq ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə danışıqları çox məhsuldar adlandırıb. Miraz.TV xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, yaxın vaxtlarda mühüm hadisələr gözlənilir.
"Çin sədri Si Cinpinlə həm ABŞ, həm də Çin üçün çox məhsuldar görüş baş tutdu. Möhtəşəm hadisələr baş verəcək. Demək olar ki, hər kəs kimi, o da, hazırda uğursuz və qeyri-dəqiq şəkildə "Artificial Intelligence" adlandırılan süni intellekti daha dəqiq və vacib terminlə – "superintellekt" adlandırmaq ideyasını dəstəklədi. Bu "SUPER!" olardı. Dünən axşam bununla hamı razılaşdı", – Tramp yazıb.
Xatırladaq ki, Çin sədri Si Cinpin Prezident Donald Trampın dəvəti ilə sentyabrın 23-dən ABŞ-də dövlət səfərində olub.