Siyasət

Tramp Konqresin Rusiyaya qarşı sanksiyalarını ləğv etdi

ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən Rusiyaya qarşı qəbul edilmiş sanksiyaların tətbiqini ləğv etdiyini və Konqresə bildiriş göndərdiyini açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən Rusiyaya qarşı sanksiyalar çərçivəsində qəbul edilmiş tədbirlərin tətbiqini ləğv edib.

Miraz.TV xəbər verir ki, “The Wall Street Journal” qəzetinin yaydığı məlumata görə, bu məhdudiyyətlər ABŞ-də aralıq seçkiləri ərəfəsində dizel yanacağının qiymətini aşağı salmaq istiqamətində Trampın səylərinə mane olurdu.

Trampın qərarının təfərrüatları

Donald Tramp verdiyi qərarı belə izah edib:

“Qrem qanununda nəzərdə tutulan sanksiyaların, məhdudiyyətlərin və rüsumların tətbiqini ləğv edirəm. Hazırda bu qərarın ABŞ-ın milli maraqlarına uyğun olduğunu bildirən rəsmi bildirişi Konqresə göndərmişəm”.

Bu məqaləni paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.