ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı diqqətçəkən addım ataraq, strateji su yolunun xəritədə “Trump Strait” (“Tramp boğazı”) kimi qeyd olunduğu görüntünü paylaşıb. Amerika lideri bu paylaşımı özünə məxsus “Truth Social” sosial şəbəkəsində edib.
Yaxın Şərqdə gərginlik və diplomatik qarşıdurma
Hazırda Yaxın Şərqdə gərginlik pik həddə qalmaqdadır. Hərbi silahlar sussa da, ABŞ ilə İran arasında diplomatik mübarizə və qarşılıqlı ittihamlar fasiləsiz davam edir. Ekspertlərin rəyinə görə, bu vəziyyət uzun müddət davam edəcək. Mütəxəssislər bildirirlər ki, gərginliyin saxlanması qlobal güclərə sərf edir və bu yolla onlar maliyyə birjalarına istədikləri qərarları diqtə edə bilirlər.
İranın açıqlaması və xəritə paylaşımı
Miraz.TV xəbər verir ki, Trampın paylaşımı İranın Hörmüz boğazı ilə bağlı bəyanatından dərhal sonraya təsadüf edib. Belə ki, rəsmi Tehran müəyyən şərtlərin yerinə yetirilməsi müqabilində Hörmüz boğazını bir həftə ərzində açmağa hazır olduğunu bəyan etmişdi.