Manat-dollar məzənnəsi 2027-ci ildə dəyişəcək?
Hazırda bir çoxlarını manatın məzənnəsi narahat edir, xüsusilə FED-in son qərarlarından sonra. Miraz.TV-nin məlumatına görə, 2027-ci ildə də Azərbaycanda ABŞ dollarının manata nisbətdə məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır.
Bu proqnoz Maliyyə Nazirliyinin 2027-ci ilin ilkin büdcə göstəriciləri ilə bağlı açıqladığı məlumatda öz əksini tapıb.