ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində pələng və şirlərin insanlara hücum etdiyini əks etdirən kadrlar, həmçinin süni intellektlə hazırlanmış qeyri-adi bir videoçarx paylaşıb.
Vəhşi heyvanların hücum kadrları
ABŞ lideri ilk olaraq Böyük Britaniyadakı zooparklardan birində pələngin ziyarətçiyə hücum edərək onu öldürməsini əks etdirən görüntüləri paylaşıb. Tramp bu videonu “Təbiətlə zarafat etmək olmaz!” şərhi ilə təqdim edib.
Daha sonra dövlət başçısı şirlərin zoopark nəzarətçilərinə və ziyarətçilərə hücum etdiyi bir neçə başqa videonu da hesabına yerləşdirib.
Süni intellektlə hazırlanan videoçarx
Silsilə paylaşımların sonunda Donald Tramp süni intellekt (neyroşəbəkə) vasitəsilə hazırlanmış 23 saniyəlik bir videoçarx yayımlayıb. Videoda Donald Tramp çəmənlikdə uzanaraq pələngə barmaq silkələyir. Heyvan ona pəncəsi ilə toxunub qaçdıqda Tramp onun arxasınca qaçır, pələngi yerə sərilməyə məcbur edir və sonda onunla qucaqlaşır.