Elm

Emosiyaları gizlədənlərdə qəzəbi tanıma prosesi ləngiyir

Minyo Universitetinin alimləri müəyyən ediblər ki, öz hirsini daxilində gizlədən insanlar başqalarının üzündəki qəzəbi daha gec və çətin fərq edirlər.

Emosiyaların idarə edilməsi və qavrayış

Portuqaliyanın Minyo Universitetinin alimləri müəyyən ediblər ki, insanın başqalarının üzündəki qəzəbi tanıma qabiliyyəti onun öz emosiyalarını necə idarə etməsindən asılıdır.

Miraz.tv xəbər verir ki, Cognition and Emotion jurnalında dərc olunan araşdırmaya əsasən, öz əsəbini və hirsini daxilində gizlətməyə vərdiş edən şəxslər başqalarının üzündəki qəzəbli ifadələri (xüsusən emosiya tam açıq olmadıqda) daha gec və çətin fərq edirlər.

Daxili təmkin və açıq reaksiya fərqi

Öz emosiyalarını açıq ifadə edən insanlar isə başqalarının üzündəki hiddəti və qəzəbi daha tez və dəqiq tanıyırlar.

Alimlərin 60 nəfər üzərində apardığı təcrübə göstərir ki, emosiyaların qavranılması hər kəs üçün eyni universal proses deyil. İnsanın öz emosional davranışı başqalarının hisslərini necə oxumasına birbaşa təsir edir.

Bu məqaləni paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.