Rusiya dörd aydan sonra ilk dəfə Ukraynada ərazi itirib

Surkhay Atakishiyev
Müəllif Surxay Atakişiyev
1 dəqiqəlik oxuma

Rusiya qüvvələri sentyabr ayında Ukraynada 80,81 kvadratkilometr ərazi üzərində nəzarəti itirib.

Miraz.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesablamalarında qeyd olunub.

Sentyabr ayı üzrə xalis ərazi itkisi

Müharibənin Öyrənilməsi İnstitutunun məlumatına görə, sentyabr ərzində Rusiya qoşunları 175,54 kvadratkilometr ərazi ələ keçirsə də, 256,35 kvadratkilometr ərazi üzərində nəzarəti itirib. Beləliklə, ay ərzində Rusiyanın xalis ərazi itkisi 80,81 kvadratkilometr təşkil edib.

May ayından bəri ilk göstərici

Bu göstərici Rusiyanın yazın sonundan bəri qeydə alınan ilk aylıq xalis ərazi itkisidir. Sonuncu dəfə may ayında Rusiya ərazi itkisi ilə üzləşmiş və həmin vaxt xalis itki 281,1 kvadratkilometr olmuşdu.

ISW-nin təhlillərinə əsasən, iyun, iyul və avqust aylarında Rusiyanın nəzarətində olan ərazilərin sahəsi cüzi də olsa artım nümayiş etdirmişdi.

Bu Məqaləni Paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.