Fransada etirazlar zamanı bir sıra şəhərlərdə genişmiqyaslı iğtişaşlar baş verib. Miraz.tv xəbər verir ki, paytaxt Parisdə gərgin vəziyyət davam edir və nümayişçilər Fransa Prezidenti Emmanuel Makrona qarşı sərt təhdidlər səsləndirirlər.
Makrona qarşı təhdidlər: “Bunu təkrarlaya bilərik”
Aksiyalar zamanı çəkilən videolarda nümayişçilərin birbaşa dövlət başçısını hədəf aldığı aydın eşidilir. Etirazçılar qəzəblərini ifadə edərək tarixi hadisəyə istinad ediblər:
“XVI Lüdovikin başını kəsdik! Makron, bunu təkrarlaya bilərik!”
Lion və Marseldə binalara hücumlar
Qarşıdurmalar təkcə paytaxtla məhdudlaşmayıb. Lion şəhərində etirazçılar XIX əsrə aid tarixi binanı dağıdaraq yandırıblar. Marseldə isə aksiya iştirakçıları meriyanın binasına daxil olublar.
Aksiyalar zamanı baş verən hadisələri əks etdirən video kadrlar: