Charlotte qətl hadisəsi: Ukraynalı qaçqın öldü

Müəllif Tofiq Ağayev
1 dəqiqəlik oxuma

Charlotte qətl hadisəsi: Avqustun 22-də Şimali Karolinanın Charlotte şəhərində yerləşən East/West Boulevard metrostansiyasında 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskaya qatar vaqonunda bıçaqlanaraq həlak olub.

Məlumata görə, hücumçunun 34 yaşlı evsiz və dəfələrlə məhkum olunmuş Dekarlos Braun olduğu bildirilib. Təhlükəsizlik kameralarının görüntülərində onun gənc qadının arxasında oturduğu və bir neçə dəqiqə sonra qəfil bıçaq çıxararaq hücum etdiyi görünür. Zərbələrdən biri boğaz nahiyəsinə dəyib və qurban hadisə yerində keçinib.

Şarlott-Meklenburq polisinin açıqlamasına əsasən, Braun qətldən dərhal sonra saxlanılıb və ona birinci dərəcəli qətl ittihamı irəli sürülüb. Araşdırmalar göstərib ki, o, 2011-ci ildən bəri silahlı qarət və zorakılıq cinayətlərinə görə bir neçə dəfə məhkəmə qarşısına çıxarılıb və həbsdə olub.

Hadisə Charlotte ictimaiyyətində böyük narazılıq yaradıb. Şəhər rəhbərliyi metro və ictimai nəqliyyatda təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.

Bu Məqaləni Paylaşın
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir