Azərbaycan və Ermənistan ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib. Namizədlik Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülüb. Miraz.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “X” sosial şəbəkə hesabındakı paylaşımda qeyd edilib.
Əliyev: Tramp Vaşinqton sülh sammitində tarixi rol oynayıb
“Prezident Donald Tramp 8 avqust 2025-ci ildə təşkil etdiyi Vaşinqton sülh sammitində Azərbaycanla Ermənistan arasında sülhün təşviqində tarixi rol oynadı. Onun sülh prosesinə verdiyi böyük töhfəni nəzərə alaraq, Azərbaycan və Ermənistan mənim təşəbbüsümlə Prezident Trampın Nobel Sülh mükafatına namizədliyini birgə irəli sürüblər.
Səmimi qəlbdən ümid edirik ki, Prezident Trampın bölgəmizdə davamlı sülh yaratmaq üçün tarixi səyləri bu il Nobel Sülh Mükafatına layiq görülərkən layiqincə qiymətləndiriləcək”.
– deyə Prezident İlham Əliyevin paylaşımında bildirilib.
