ABŞ rəhbərliyi Səudiyyə Ərəbistanındakı səfirlik əməkdaşlarına və onların ailə üzvlərinə ölkəni tərk etmək barədə göstəriş verib.
Təxliyə qərarı digər regional ölkələri də əhatə edir
Diplomatik mənbəyə istinadən yayılan məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər və Bəhreyndəki ABŞ səfirliklərinin əməkdaşlarının ailə üzvlərinə də olduqları ölkələrdən çıxmaq əmri verilib.
Gərginliyin artması təxliyəyə səbəb olub
Bu addım İranla hərbi əməliyyatların yenidən başlaya biləcəyi barədə xəbərdarlıqların və məlumatların yayıldığı bir vaxtda atılıb.