ABŞ-da həyat

Tupak Şakurun qətlinə görə Dueyn Devis ömürlük həbs cəzası aldı

ABŞ-də əfsanəvi reper Tupak Şakurun qətlini təşkil etməkdə günahlandırılan 63 yaşlı Dueyn “Keffe D” Devis ömürlük həbs cəzasına məhkum edilib.

ABŞ-də əfsanəvi reper Tupak Şakurun qətli işi üzrə mühakimə olunan cinayətkar qruplaşma üzvü Duane “Keffe D” Devis ömürlük həbs cəzasına məhkum edilib. Məhkəmənin qərarına əsasən, hazırda 63 yaşı olan məhkum yalnız 40 illik həbs müddətini başa vurduqdan sonra şərti azadlığa çıxmaq hüququ qazana bilər.

MGM Grand kazinosundakı dava və hadisələrin başlanğıcı

Cinayətin kökləri 1996-cı il sentyabrın 7-də Las-Veqasda yerləşən MGM Grand kazinosunda baş verən qarşıdurmaya dayanır. Həmin vaxt Tupak Şakur və onun ətrafındakı bir neçə nəfər Devisin qardaşı oğlunu döyüblər.

Qisas planı və açılan atəş

İnsidentdən sonra qisas almaq qərarına gələn Devis əlbir olduğu şəxsləri bir araya toplayaraq onları silahla təmin edib. Həmin silahlı şəxslərdən biri Tupakın avtomobilinə atəş açıb və hadisə reperin ölümü ilə nəticələnib.

Bu məqaləni paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.