ABŞ-da həyat

Nyu-Yorkda Zəfər Günü münasibətilə Azərbaycan bayrağı ucaldılıb

ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə ənənəvi bayraq qaldırma mərasimi keçirilib və Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.

ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə ənənəvi bayraq qaldırma mərasimi təşkil olunub.

Hər il təşkil edilən bu toplantı Nyu-Yorkun məşhur Uoll-Strit küçəsi yaxınlığındakı tarixi parkda baş tutub.

Nyu-Yorkda Zəfər Günü mərasimi

Diaspor nümayəndələri və rəsmi şəxslər bir araya gəlib

Mərasimə Nyu-York və qonşu ştatlarda yaşayan azərbaycanlılar, diaspor təşkilatlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri qatılıblar.

Tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini, eləcə də Azərbaycanın BMT yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Tofiq Musayev çıxış ediblər.

Nyu-Yorkda bayraq qaldırma tədbiri
Nyu-Yorkda Zəfər Günü tədbirindən görüntü
Tədbir iştirakçıları Nyu-Yorkda

Mərasimin sonunda Azərbaycanın üçrəngli Dövlət Bayrağı iştirakçıların alqışları altında təntənəli şəkildə ucaldılıb.

Bu məqaləni paylaşın
Tofig Aghayev
MüəllifTofiq Ağayev
Founder & Editor-in-Chief
Tofiq Ağayev 1997-ci ildən media və kino sahəsində peşəkar fəaliyyət göstərir. Buta Film, Azərbaycan Televiziyası (AzTV) və Miraz TV-də prodüser, müxbir və operator kimi çalışıb. 1997–2006-cı illərdə Buta Film-də prodüser olaraq müxtəlif kino və televiziya layihələrində iştirak edib. 2006-cı ildən etibarən AzTV-də müxbir-operator kimi fəaliyyətə başlayıb və 17 il boyunca bu kanalda çalışıb. 2023-cü ildən Miraz TV-də müxbir kimi fəaliyyətini davam etdirir.