ABŞ-da həyat

Avraam Linkolnun Ford’s Theatre-də qətli: Tarixi faktlar

14 aprel 1865-ci ildə ABŞ prezidenti Avraam Linkolnun Ford's Theatre-də qətlə yetirilməsi hadisəsi və onun tarixi təfərrüatları.

Vaşinqtonun tarixi və Ford’s Theatre

Vaşinqtonda hər binanın öz hekayəsi var. Bəlkə də buna görə Vaşinqton muzeylər şəhəri kimi tanınır. Qarşısında dayandığım bu bina “Ford’s Theatre”-dir. Bu, Vaşinqtonun ən qədim teatrlarından biridir. Maraqlı teatr ənənəsi və zəngin repertuarı ilə tanınan “Ford’s Theatre” daha çox tarixi bir qətl hadisəsi ilə diqqət mərkəzində qalır.

14 aprel 1865: Prezidentin qətli

Belə ki, 14 aprel 1865-ci ildə ABŞ-ın o zamankı prezidenti Avraam Linkoln bu teatrda tamaşaya baxarkən qətlə yetirilib. Qətli həyata keçirən şəxs həmin teatrın aktyoru Con Uilks But olub. Bu, siyasi xarakterli bir qətl idi.

Tamaşanın ən səsli-küylü səhnəsində prezidentə atəş açan But hadisə yerindən qaçmağa müvəffəq olub. Qısa bir müddətdən sonra onun bir fermada gizləndiyi müəyyənləşdirilib. Ferma mühasirəyə alınanda But təslim olmaq istəməyib; nəticədə ferma yandırılıb və açılan atəşlər Butun həyatına son qoyub. Beləliklə, Avraam Linkoln qətlə yetirilmiş ilk ABŞ prezidenti olub.

Linkolnun irsi

Nəzərə alaq ki, Linkoln ABŞ-ın ən böyük prezidentlərindən biri hesab olunur. Bu gün Linkolnun şəkli 5 dollarlıq əsginasın və 1 sentlik sikkənin üzərindədir. Məzarı Sprinqfilddəki Oak Ridge qəbiristanlığındadır. Həmçinin 1922-ci ildə inşası başa çatdırılmış Linkoln memorialı da Vaşinqtonda yerləşir.

Bu məqaləni paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.