ABŞ Prezidenti Donald Tramp Keti Zaxariyanın Ağ Evin mətbuat katibi vəzifəsinə təyin olunduğunu açıqlayıb.
Miraz.TV xəbər verir ki, Zaxariya bu vəzifədə Kerolayn Leavitti əvəz edəcək.
Donald Trampın təyinatla bağlı açıqlaması
Tramp Leavittin fəaliyyətini yüksək qiymətləndirərək onun öz işini çox yaxşı yerinə yetirdiyini bildirib.
“Ketini mətbuat katibi təyin etmək mənim üçün böyük şərəfdir. O, işini əla görən Kerolaynı əvəz edəcək. Uğurlar, Keti!” – deyə Tramp qeyd edib.