Green Card 2027: Lotereya nəticələri nə zaman elan olunacaq?

Surkhay Atakishiyev
Müəllif Surxay Atakişiyev
1 dəqiqəlik oxuma

2027-ci il üçün nəzərdə tutulan Green Card lotereyasının nəticələrinin elan edilməsi ləngiyir.

Lotereya nəticələrində gecikmə

Buna görə də ötən həftə Kaliforniyanın federal məhkəməsi Dövlət Departamentinə etirazını bildirib. Etiraz məktubunda qeyd olunur ki, gecikmədən lotereyanın nəticələri elan olunmalıdır.

Məsələ ilə bağlı federal məhkəmə yerli hüquq şirkətinə də müraciət edib. Hüquq şirkətindən məsələ ilə bağlı bildirilib ki, Tramp administrasiyası prosesi bir qədər də uzadarsa, 2027-ci ildə lotereyanın uduşları əldən çıxmış ola bilər.

Qeyd edək ki, lotereyanın nəticələri ənənəvi olaraq payızda elan olunur. Lakin hələ də nəticələrin elan olunacağı tarix barədə hər hansı bir rəsmi məlumat yayılmayıb.

Bununla belə, lotereyanın builki nəticələrinin elan olunacağı ilə bağlı ümidlər qalmaqdadır.

Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.
Bu Məqaləni Paylaşın