Vaşinqtonun tarixi və Ford’s Theatre
Vaşinqtonda hər binanın öz hekayəsi var. Bəlkə də buna görə Vaşinqton muzeylər şəhəri kimi tanınır. Qarşısında dayandığım bu bina “Ford’s Theatre”-dir. Bu, Vaşinqtonun ən qədim teatrlarından biridir. Maraqlı teatr ənənəsi və zəngin repertuarı ilə tanınan “Ford’s Theatre” daha çox tarixi bir qətl hadisəsi ilə diqqət mərkəzində qalır.
14 aprel 1865: Prezidentin qətli
Belə ki, 14 aprel 1865-ci ildə ABŞ-ın o zamankı prezidenti Avraam Linkoln bu teatrda tamaşaya baxarkən qətlə yetirilib. Qətli həyata keçirən şəxs həmin teatrın aktyoru Con Uilks But olub. Bu, siyasi xarakterli bir qətl idi.
Tamaşanın ən səsli-küylü səhnəsində prezidentə atəş açan But hadisə yerindən qaçmağa müvəffəq olub. Qısa bir müddətdən sonra onun bir fermada gizləndiyi müəyyənləşdirilib. Ferma mühasirəyə alınanda But təslim olmaq istəməyib; nəticədə ferma yandırılıb və açılan atəşlər Butun həyatına son qoyub. Beləliklə, Avraam Linkoln qətlə yetirilmiş ilk ABŞ prezidenti olub.
Linkolnun irsi
Nəzərə alaq ki, Linkoln ABŞ-ın ən böyük prezidentlərindən biri hesab olunur. Bu gün Linkolnun şəkli 5 dollarlıq əsginasın və 1 sentlik sikkənin üzərindədir. Məzarı Sprinqfilddəki Oak Ridge qəbiristanlığındadır. Həmçinin 1922-ci ildə inşası başa çatdırılmış Linkoln memorialı da Vaşinqtonda yerləşir.