RUSİYADA QANLI ƏMƏLİYYAT: İKİ AZƏRBAYCANLI QARDAŞ ÖLDÜRÜLÜB

MiraTV
By MiraTV
1 Min Read

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçirdiyi xüsusi əməliyyat zamanı azərbaycanlı Səfərov qardaşlarının öldürülməsi ictimaiyyətdə dərin rezonans doğurub.

Hadisə iyunun 27-də səhər saatlarında Yekaterinburq şəhərində baş verib. Əməliyyat çərçivəsində azərbaycanlıların yaşadığı bir neçə ünvan hüquq-mühafizə qüvvələri tərəfindən basqına məruz qalıb.

The current image has no alternative text. The file name is: ffe90d3595df29cf859c0bb6391d43fa.jpeg

Mərzili kəndindən olan Ziyəddin və Hüseyn Səfərov qardaşları əməliyyat zamanı qətlə yetirilib. Tibbi ekspertiza nəticələrinə görə, onların bədənində çoxsaylı xəsarətlər və zorakılıq izləri aşkar edilib.

Hadisə zamanı ümumilikdə 9 nəfər saxlanılıb, onlardan 3-ü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslər və onların ailə üzvləri də işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Azərbaycan hökuməti baş verən hadisə ilə bağlı Rusiyaya etiraz notası verib.
Səfərov qardaşlarının nəşi iyunun 30-da Azərbaycana gətirilib və iyulun 1-də Ağcabədi rayonunda dəfn olunub.

Hadisəyə Azərbaycan ictimaiyyəti və ziyalılar da sərt reaksiya verib. Milli Məclis üzvləri bunu milli mənsubiyyətə qarşı yönəlmiş planlı cinayət adlandırıb və bu hadisə iki ölkə arasında diplomatik gərginlik yaradıb.

Rusiya Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq halları, eləcə də bu cür hadisələrin son dövrlərdə sistematik xarakter alması səbəbindən, Azərbaycanda Rusiya ilə dövlət və özəl müəssisələr xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilib.

Vüsalə İsgəndərova

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *