Rusiyanın Yekaterinburq şəhərində öldürülən azərbaycanlıların cəsədləri Bakıya gətirilib

MiraTV
By MiraTV
1 Min Read

Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovların nəşi qohumlarına təhvil verilib.

Daha əvvəl Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqundan alınmasının həyata keçirildiyini açıqlamışdı.

Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə nəticəsində 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.

Qətlə yetirilən şəxslər tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

MiraTV kollektivi olaraq bu ağır itki ilə bağlı mərhumların ailəsinə və yaxınlarına, o cümlədən həmkarımız Seyfəddin Hüseynliyə dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *